Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan düşməni ağ bayraq qaldırmağa məcbur etmiş qalib ölkədir

0

  •          Hal-hazırda Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin ildönümü ərəfəsindəyik. Bu şanlı tarix ölkəmizin hər yerində yüksək səviyyədə qeyd olunur. Hamımız əldə olunmuş bu qələbəninin qürurunu yaşayırıq. Paralel olaraq bu sevincli günlərdə canlarını Vətən yolunda qurban vermiş şəhidlərimizi rəhmətlə anır, sağlamlıqlarını itirmiş qazilərimizin tezliklə öz sağlıqlarına qovuşmaların arzu edirik. Əlbəttə, bu zəfərə gəlib çatana qədər xalqımız çox əzablı, keşməkeşli bir yol keçmişdir. Ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi erməni faşistləri tərəfindən işğal olunmuş, bir milyon soydaşımız öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış, 20 min soydaşımız şəhid olmuşdu. Torpaqlarımızın işğalı 30 ilə yaxın davam etmiş, aparılan danışıqlar və beynəlxalq təşkilatların vasitəçilik missiyası heç bir nəticə verməmişdir. Bəzi qüvvələr münaqişəni həll etmək əvəzinə Azərbaycanı təslimçi sülh müqaviləsinə imza atdırmağa çalışmışlar ki, təbii olaraq ölkə rəhbərlərimiz xalqın iradəsini təmsil nümayiş etdirərək bununla razılaşmamışdır.  Ötən ilin ortalarından etibarən erməni faşistləri daha da azğınlaşaraq tez-tez təxribatlar törətməyə başladılar. Məhz onların təxribatının nəticəsində ötən ilin iyul ayında yüksək çinli zabitlərəmizi- general mayor Polad Həşimovu, polkovnik İlqar Mirzeyevi və daha 10 nəfər hərbçimizi itirdik. Düşmən o qədər quduzlaşmışdı ki, təxribatları dayandırmaq əvəzinə, gah ərazimizə diversiya qrupu göndərir, gah mövqelərimizi atəşə tutur, gah da açıq-aydın yeni ərazilərimizi işğal etmək niyyətində olduqlarını bəyan edirdi. 2020-ci ilin 27 sentyabrında düşmən təxribatları özünün kuliminasiya nöqtəsinə çatdı. Ali Baş Komandanımız tərəfimdən ordumuza vur əmri verildi. Uzun illər erməni faşistlərinin ərköyünlüyünə dözməyə məcbur edilən qəhrəman oğullarımız var gücü ilə düşmən üzərinə yeriyib onları pərən-pərən salıb qovmağa başladılar. Zəfər müjdələri bir-birini əvəz etməyə başladı. Artıq oktyabr ayının 4-ü Ali Baş Komandan tərəfindən Cəbrayılın işğaldan azad edilməsi xəbəri verildi. İşğal altında olan torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər azad edən müzəffər Azərbaycan ordusu oktyabr ayının 17-də Füzuli şəhərini azad etdi. Günlər keçdikcə zəfərlərin sayı da artırdı. Kəndlər, şəhərlər bir-birinin ardınca mənfur düşməndən azad edilirdi. Torpaqlarımız üfunət qoxuyan düşmən nəfəsindən xilas olub rahat nəfəs alırdı. Nəhayət, Azərbaycanın apardığı bu haqq savaşı Şuşanın azad edilməsi ilə nöqtələndi. Noyabr ayının 10-da düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu zəfər Azərbaycan tarixində bir ilk idi. Çünki, son 200 il müddətində ilk dəfə olaraq Azərbaycan öz itirilmiş torpaqlarını geri alırdı. 44 günlük müqəddəs savaş zamanı orduya rəhbərlik edən Ali Baş Komandan cənab İlham Əliyev iki cəbhədə vuruşurdu. O, döyüş meydanında orduya rəhbərlik edir, eyni zamanda informasiya müharibəsində dünyanın ən nüfuzlu media orqanlarına müsahibələr verməklə təkbaşına mübarizə aparırdı. Çox vaxt təxribatçı suallarla ölkə başçısına təsir etməyə çalışan media nümayəndələrinə də cənab İlham Əliyev soyuqqanlı və tutarlı cavablar verərək informasiya blokadasını da məharətlə yarırdı. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məntiqi qarşısında olduqca aciz görünürdülər. İndi dünya birliyi Azərbaycana hörmətlə yanaşır, ona rəğbət bəsləyirlər. Çünki, Azərbaycan zəfər qazanmış dövlətdir. Azərbaycan BMT-nin qəbul etdiyi qətnamələri dünya birliyinin köməyi olmadan təkbaşına həll etmiş ölkədir. Azərbaycan düşməni ağ bayraq qaldırmağa məcbur etmiş qalib ölkədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin təbirincə desək, Qarabağ bizimdir!         Qarabağ Azərbaycandır!             Aydə Əliyeva,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib28 dəfə
    Azərbaycan düşməni bayraq qaldırmağa məcbur etmiş qalib ölkədir

    Maraqlı gələ bilər
    36
    27
    31